Qayıtmaq

Süleymanov Əlirza Məmməd oğlu

Süleymanov Əlirza Məmməd oğlu

1958-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Moskva Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir

1980-1993-cü illərdə Azərbaycan Dəmir Yolunun Bakı Lokomotiv deposu, Biləcəri Lokomotiv deposu, Biləcəri Dəmiryol qovşağı, Dəmir Yolunun Bakı hissəsi, Bakı Vaqon deposu və Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin aparatında müxtəlif vəzifələrdə çalışmışdır.

1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Refrijerator vaqon deposunun rəisi vəzifəsində çalışmışdır.

1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin “Sərnişindaşınma” istehsalat birliyinin rəisi - Dəmir Yolu rəisinin müavini vəzifəsində çalışmışdır.

1997-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.

2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

3-cü dərəcəli “Əmək” ordeni, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.