Qayıtmaq

Hüseynov İqbal Əli oğlu

Hüseynov İqbal Əli oğlu

1958-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Moskva Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir

1984-2003-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin Biləcəri stansiyası, Hərəkət xidməti, Yükdoldurma və boşaltma şöbəsi, Yük daşımalarının planlaşdırılması şöbəsi, Tarif və nəqliyyatservis xidmətində müxtəlif vəzifələrdə çalışmışdır.

2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Maliyyə və kredit departamentinin rəis müavini vəzifəsində çalışmışdır.

2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.

2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

3-cü dərəcəli “Əmək” ordeni, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı“Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.