1973-cü ildə anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.
1999-cu ildə “Aztürkal” birgə müəssisəsində, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Naxçıvan hissəsinin Ordubad yol distansiyasında müxtəlif vəzifələrdə çalışmışdır.
2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Naxçıvan hissəsinin rəisi vəzifəsində çalışmışdır.
2010-cu ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.
“Tərəqqi” medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)”, Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.