5 İyun 2020

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ HƏRRAC ELAN EDİR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ HƏRRAC ELAN EDİR

 

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

 

AÇIQ HƏRRAC ELAN EDİR:

 

 

 

 

 

Hərrac 11 (onbir) lot üzrə keçirilir:

 

Lot-1: 5000 ton qara metal, 1 tonun ilkin start qiyməti 190 (yüz doğsan) manat (ƏDV ilə)

Texniki göstəricilər

Yararsız lokomotivlərdən, yük vaqonlarından, qurğulardan dəzgah və digər avadanlıqlardan əldə olunan qara metal

Alıcı tərəfindən doğranılıb daşınması şərti ilə

 

Lot-2: 5000 ton yararsız rels, 1 tonun ilkin start qiyməti 210 (iki yüz on) manat (ƏDV ilə)

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız relslər

Alıcı tərəfindən sökülərək daşınması şərti ilə

 

Lot-3: 32 ədəd yararsız qeyri tip yük vaqonu, 1 ədədin ilkin start qiyməti 3300 (üç min üç yüz) manat (ƏDV ilə)

Texniki göstəricilər

İstismara yararsız qeyri tip yük vaqonları

Alıcı tərəfindən daşınması şərti ilə

 

Lot-4: 70 ədəd yararsız çən vaqonu, 1 ədədin ilkin start qiyməti 4500 (dörd min beş yüz) manat (ƏDV ilə)

Texniki göstəricilər

İstismara yararsız çən vaqonları

Alıcı tərəfindən daşınması şərti ilə

 

Lot-5: 130 ədəd yararsız qapalı vaqon, 1 ədədin ilkin start qiyməti 3300 (üç min üç yüz) manat (ƏDV ilə)

Texniki göstəricilər

İstismara yararsız qapalı vaqonlar

Alıcı tərəfindən daşınması şərti ilə

 

Lot-6: 100 ədəd yararsız qeyri tip yük vaqonu, 1 ədədin ilkin start qiyməti 3300 (üç min üç yüz) manat (ƏDV ilə)

Texniki göstəricilər

İstismara yararsız qeyri tip yük vaqonları

Alıcı tərəfindən daşınması şərti ilə

 

Lot-7: 3000 ədəd yararsız ağac şpal, 1 ədədin ilkin start qiyməti 2 (iki) manat (ƏDV ilə)

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız ağac şpal

Alıcı tərəfindən daşınması şərti ilə

 

 

Lot-8: 2000 ədəd yararsız beton şpal, 1 ədədin ilkin start qiyməti 4 (dörd) manat (ƏDV ilə)

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız beton şpal

Alıcı tərəfindən daşınması şərti ilə

 

Lot-9: 200 ton mis, 1 tonun ilkin start qiyməti  6000 (min) manat (ƏDV ilə)

Texniki göstəricilər

Yararsız lokomotivlərdən, yük vaqonlarından, qurğulardan dəzgah və digər avadanlıqlardan əldə olunan mis

Alıcı tərəfindən sökülərək daşınması şərti ilə

 

Lot-10: 100 ton latun, 1 tonun ilkin start qiyməti 3400  (üç min dörd yüz) manat (ƏDV ilə)

Texniki göstəricilər

Yararsız lokomotivlərdən, yük vaqonlarından, qurğulardan dəzgah və digər avadanlıqlardan əldə olunan latun

Alıcı tərəfindən sökülərək daşınması şərti ilə

 

Lot-11: 200 ton alüminium, 1 tonun ilkin start qiyməti 900 (doqquz yüz) manat (ƏDV ilə)

Texniki göstəricilər

Yararsız lokomotivlərdən, yük vaqonlarından, qurğulardan dəzgah və digər avadanlıqlardan əldə olunan alüminium

Alıcı tərəfindən sökülərək daşınması şərti ilə

 

 

1.Hərracın keçirilmə forması:

 

1.1. Material qiymətlilərinin tam adı, miqdarı, ilkin start qiyməti, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı;

1.2. Hərracda iştirak haqqının məbləği;

1.3. Material qiymətlilərinin start qiymətinin 10% həcmində behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı;

1.4. Hərracda iştirak etmək üçün təqdim edilməsi tələb olunan sənədlərin siyahısı;

1.5. Sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;

1.6. Sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları;

1.7. Sənəd qəbuluna məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə telefonları;

1.8. Hərracın baş tutması üçün ən azı iki alıcının iştirakı vacibdir.

Hərracda iştirak etmək istəyənlər hər bir lot üzrə iştirak haqqını 200 (iki yüz) manat göstərilən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu Bakı şəhəri, Dilarə Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti) ünvanına əlaqələndirici şəxs: Yük daşımaları Departamentinin Vaqon xidmətinin aparıcı mühəndisi Abasov Vüsal, tel.: (+ 99412) 499-41-77 email: v.abasov@ady.az təqdim etsinlər.

 

İştirak haqqı heç bir halda geri qaytarılmır!

 

Təşkilat:”Azərbaycan Dəmir Yolları”QSC-nin Maliyyə İdarəsi

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN); +

AZ47İBAZ38150018409345061205 (USD);

AZ64İBAZ38150018109345061205 (RUR);

VÖEN: 9900007721

Bank: Azərbaycan Beeynəlxalq Bankı ASC “Nəqliyyat” filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: IBAZAZ2X

 

2. Alıcılar hərracda iştirak etmək üçün aşağıdakı sənədləri Mərkəzi Hərrac Komissiyasına (MHK) təqdim etməlidirlər:

2.1 Hərracda iştirak üçün ərizə (əlavə 1);

2.2. Hərracın nəticələrinə uyğun olaraq, qalib gəldiyi təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;

2.3. Satıcı tərəfindən müəyyən edilmiş hesaba iştirak haqqının və behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

2.4. Hüquqi şəxslər üçün təsis sənədlərinin (nizamnamə, AR Vegilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış,VÖEN-nin surəti, iştirak edəcək şəxsin şəxsiyyət vəsiqəsinin surəti)  müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surətləri və bank rekvizitləri;

2.5. Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surəti;

2.6. Hərraclarda iştirak etmək üçün ərizə hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçisi (alıcısı) adından hərəkət etmək hüququnu təsdiq edən sənədi (etibarnamə) təqdim etməlidir.

 

Hərrac 8 iyul 2020-ci il tarixində, saat 10:00-da Bakı şəhəri Dilarə Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası, otaq - 205) ünvanında keçiriləcəkdir.

 

Qeyd: Hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılır.

 

                                                                

                                                                             MƏRKƏZİ HƏRRAC KOMİSSİYASI

 

 

 

Cəmiyyət sədrinin 12 iyun 2017-ci il tarixli 62/S nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə əsas vəsaitlərin (fondların) balansdan silinməsi nəticəsində əldə edilən material qiymətlilərinin hərrac yolu ilə  özgəninkiləşdirilməsinə dair Qaydalar”a

            Əlavə 1

 

HƏRRACDA İŞTİRAK HAQQINDA ƏRİZƏ

 

Hərracın kecirilmə tarixi «___ » _________    2020-ci il.

 

Namizəd____________________________________________________________________________________________şəxsində

(rəhbərin.  (hüquqi şəxs üçün) və ya təmsilçinin (hüquqi və fiziki şəxs üçün) S.A.A.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

(fiziki şəxs üçün şəxsiyyəti təsdiq edən sənəd, seriya nömrəsi, verilmə tarixə, verən orqanın adı)

______________________________________________________________________________

(qeydiyyat aparan orqanın adı)

Namizədin hüquqi ünvanı, telefon nömrəsi, elektron poçtu________________________________

 

______________________________________________________________________________

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mərkəzi Hərrac Komissiyasının təşkil etdiyi hərracda iştirak etmək haqqında qərar qəbul edərək, təlimatlara uyğun şərt və öhdəliklərə əməl edərək  bu hərracda iştirak etmək üçün bizə şərait yaratmağınızı Sizdən xahiş edirəm.

           1. Satılan material qiymətlisi ilə əlaqədar sənədlərlə tanış oldum.

2. Aşağıdakı öhdəlikləri üzərimə götürürəm:

2.1. Hərracın keçirilməsi haqqında “__” _____ 2020-ci il tarixli məlumatlandırıcı bildirişdə qeyd edilən hərracın keçirilmə şərtlərinə və qaydalarına əməl etmək.

2.2. Hərracın qalibi seçildiyim halda hərracın nəticələrinin yekunlaşdığı tarixdən 10 (on) iş günü ərzində alqı-satqı müqaviləsini imzalamaq.

2.3. Alqı-satqı müqaviləsi əsasında müəyyən edilən müddət ərzində hərracın nəticələrinə əsasən satılan material qiymətlisinin təsdiq edilmiş dəyərini Satıcıya ödəmək.

2.4. Bağlanılacaq alğı-satqı müqaviləsi üzrə Alıcının öhdəliklərinin təmin edilməsi üsulu kimi tərəfimdən təqdim edilmiş təminat məktubu üzrə Satıcının zəruri hərəkətlərinin etməsi hüququnu qəbul edirəm.

3. Göstərilən şərtlərin hər hansı birisindən imtina edərəmsə satıcının hesabına köçürdüyüm behin onun sərəncamında qalmasına razılıq verirəm.

4. Hazırkı ərizədə və Əlavələrdə təqdim edilən məlumatların düzgünlüyünə görə Namizəd məsuliyyət daşıyır.

_____________________________________                    ___________________________

        (namizədin (onun səalhiyyətli nümayəndəsinin)  imzası                                                          (imzanın açılışı)                                          

MY.                   «___» _______________ 2020-ci il.

 

Ərizə Satıcı (onun səlahiyyətli nümayəndəsi) tərəfindən

 «___» _____________ 2020-ci il tarixində qəbul edildi.

___________________________________

                                                                                                                                  (Satıcının səlahiyyətli nümayəndəsinin imzası)