29 İyun 2016

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd “NAZ Lifan” avtomobili alıb

 “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd “NAZ Lifan” avtomobili alıb

26 yanvar 2016-cı ildə  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində  Azərbaycan Respublikasının Prezidenti demişdir: “İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir”. 

Ölkə başçısının tövsiyəsinə uyğun olaraq “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd“NAZ Lifan” avtomobili alıb. 

“Azərbaycan Dəmir Yolları» QSC “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov KİV-lərə məlumat verərək bildirmişdirki, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur. Ümumiyyətlə,“Azərbaycan Dəmir Yolları» QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var.  Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.