18 May 2016

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN TƏSƏRRÜFATLARINA YAZ BAXIŞI KEÇİRİLMŞDİR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz və payız baxışı kampaniyaları xarakterik olaraq, burada istehsalatın vəziyyətinin öyrənilməsinə, inzibati və texniki binaların saxlanışına, hərəkət mexanizmlərinin sazlığının qorunmasına, hərəkətin təhlükəsizliyinə tam cavab verən iş mühitinin yaradılmasına, eləcə də mövcud təlimatlara peşəkarcasına əməl edilməsinə xidmət edir.

May ayının birinci ongünlüyündə  Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin rəisi Qurban Nəzirovun rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı keçirilmişdir.

Kampaniyada təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılmışdır.

Yalama stansiyasından başlayan tədbirin sonrakı hərəkət xətti Yalama, Şirvan, Astara - Osmanlı, Horadiz - Hacıqabul, Böyük Kəsik, Gəncə, Ələt, Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı sərnişin, Bakı-yük, Keşlə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları əhatə olunmaqla sahə və istiqamətlər üzrə davam etmişdir.