10 Mart 2016

“Azərbaycan Dəmir Yolları” QSC-də Almaniyanın “DB Engineering & Consulting and Deutsche Bahn” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

Martın 10-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “DB Engineering & Consulting and Deutsche Bahn” şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru  Philip Tentropun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, reallaşdırılan layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir.

Görüşdə Azərbaycan Dəmir Yolları tanışlıq,  Bakı-Böyük Kasik istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və nəqliyyat  vasitələrinin yenilənməsi planları, strateji əməkdaşlıq imkanları müzakirə olunmuşdur

“DB Engineering & Consulting and Deutsche Bahn” şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru  Philip Tentrop çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını,  strateji əməkdaşlıq imkanlarının artırılmasının  bildirmişlər.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.