17 Mart 2016

“Azərbaycan Dəmir Yolları” QSC-də Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) nümayəndə heyəti ilə görüş keçirilmişdir

 “Azərbaycan Dəmir Yolları” QSC-də Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) nümayəndə heyəti ilə görüş keçirilmişdir

Martın 16-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) sədr müavini Vuktor Jukovun rəhbərlik etdiyi  nümayəndə heyəti ilə  görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq və regional layihələrdə iştirakı, sərnişin daşınmasının inkişaf mərhələləri, texniki vasitələrin müasirləşdirilməsi, DYƏT-lə  Azərbaycan Dəmir Yollanın əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

DYƏT-in sədr müavini Vuktor Jukov çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkfaşlıqdan məmnun qaldığını, DYƏT-in 60 illik yubileyinə həsr olunmuş Nazirlər Müşavirəsinin 44-cü iclasının Bakıda keçiriləcəyini bildirmişdir.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.

YADDAŞ ÜÇÜN: Dəmir Yollarının Əməkdaşlıq Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya  şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində  yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına  rəhbərlik edən qurumlar  DYƏT-in üzvləridir.

DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın  digər formada iştirak etməsi də mümkündür.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

Azərbaycan Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlıq  Təşkilatının  (DYƏT) üzvüdür.