19 Fevral 2016

"Azərbaycan Dəmir Yolları" QSC-də İsveçrənin Azərbaycandakı fövqəladə və  səlahiyyətli səfiri ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC-də İsveçrənin Azərbaycandakı fövqəladə və  səlahiyyətli səfiri ilə görüş keçirilib

Fevralın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin Azərbaycandakı fövqəladə və  səlahiyyətli səfiri Filip Ştalder ilə  görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin  reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat vermişdir. C. Qurbanov bildirmişdir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group”  şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group”   şirkətindən  KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin  alınması üzrə saziş imzalanmışdır. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Daha iki qatarın isə ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Bundan başqa, gləcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.

İkitərəfli görüşdə, İsveçrə və Azərbaycanın əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunmuşdur.

Səfir  Filip Ştalder  çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirmişdir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.