7 Oktyabr 2022

“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilib

13 oktyabr – Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar olaraq həyata keçiriləcək silsiləvi tədbirlər çərçivəsində sosial məsuliyyət xarakteri daşıyan qanvermə aksiyası olub. Aksiya Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında keçirilib. Aksiyanın məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, aksiyada dəmiryolçuların könüllü aktivliyi müşahidə olunub və əməkdaşlar əvvəlcə bütün donorlar üçün zəruri olan müayinələrdən keçirilib, sonra qanvermə prosesi baş tutub.