10 Oktyabr 2019

“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 

“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Anar Məmmədov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən pauerliftinqin qarışıq ağırlıqqaldırma növü üzrə dünya çempionatının qalibi olub. 
125 kq. çəki dərəcəsində mübarizə aparan A.Məmmədov Ermənistan, Gürcüstan və İran idmançılarını qabaqlayaraq qızıl medala sahib olub. “Azərbaycan Dəmir Yolları”nda Keşlə sahə məntəqəsində sahə rəisi vəzifəsində çalışan Məmmədov Azərbaycan bayrağını yüksəyə qaldırdığına görə fəxr etdiyini bildirib: “Şəkil çəkdirən zaman erməninin bayrağı bizim bayraqdan aşağıda qaldı. Bizə paxıllıq edir və həsrətlə baxırdılar. Bizim komandada 20-dək idmançı var idi. Demək olar ki, hamı medal qazandı. 50-yə yaxın isə erməni olardı. Onların əksəriyyəti bizim idmançılara uduzdu. 
“Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bizə istənilən şəraiti yaradıb. Məni qələbə münasibəti ilə təbrik ediblər. Qızıl medal qazanmağımla bağlı məni qəbul edəcəklər. Düşünürəm ki, bu nailiyyətim bir dəmiryolçu kimi oktyabrın 13-də qeyd edəcəyimiz peşə bayramına ən gözəl hədiyyəm olacaq”.