18 Noyabr 2015

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VIII Plenumu keçirilmişdir

 Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VIII Plenumu keçirilmişdir

18 noyabr 2015-ci ildə  Azərbaycan Dəmiryolçularının MHİRK-in növbəti VIII Plenumu keçirilmişdir.

Plenumu giriş sözü ilə açan MHİRK-in sədri  Fəzail Bağırov çıxış edərək,  Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni mərhələnin başlanmasından, qısa zaman ərzində həyata keçirilən irihəcmli layihələrdən, bütün bu işlərdə MHİRK-in Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyətindən danışdı.

Sonra VIII Plenumun gündəliyində duran “Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında  həmkarların rolu haqqında” məsələ ilə bağlı Komitənin təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə etdi. O, dəmiryolçuların  sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət  şəraitinin  yaradılması, bununla da  əməyin mühafizəsinin təşkili, dəmiryolçuların sosial-iqtisadi problemlərinin həlli, mənzil şəraitinin  yaxşılaşdırılması istiqamətində  görülən işlərdən, hələ də mövcud olan problemlərdən  danışdı.

Plenumun sonunda “Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında  həmkarların rolu haqqında” məsələ ilə bağlı VIII Plenumun qərar layihəsi oxundu.

Plenumun işində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov iştirak etmişdir.