24 Fevral 2016

Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə imzalanmışdır

 Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə imzalanmışdır

Fevralın 23-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün Purseyid Ağayi imzalamışlar.