12 İyul 2016

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yeniləşdirilir

 Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yeniləşdirilir

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində  bütün qüvvələr səfərbər olunub.

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir.

Hazırda Biləcəri və Xırdalan  stansiyalarında platformaların tikintisi və və turniketlərin quraşdırılması davam edir.

Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir.

Xırdalan stansiyasiyasında isı platformanın istinad divarları tikilib. Betonlaşma işi başa  çatandan sonra turniketin quraşdırılmasına başlanacaq. 

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.