9 İyun 2016

Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatınıa (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilir

 Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatınıa (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilir

7-10 iyun 2016-cı ildə Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilir.

Tədbirin birinci və ikinci iş  günlərində işçi qruplarının iclasları keçirilmiş, sessiyanın gündəliyinə çıxarılacaq sənədlərə bir daha baxılmışdır.

9 iyun 2016 -cı ildə isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası öz işinə başlamışdır.

Iştirakçılar  öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar. Sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş,  məzarı önünə gül-çiçək dəstələri düzmüş, Şəhidlər Xiyabanında torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhidlərimizin məzarını ziyarət etmişlər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  qonaqları salamladı və sessiyanın gedişi üçün hər cür münbit şəraitin yaradıldığını bildirdi.

Sonra sessiyanın işində iştirak edən Azərbaycan Respublikası Baş nazirinin  müavini Abid Şərifov  iştirakçıları Azərbaycan hökuməti adından salamlayaraq tədbirin işinə uğurlar arzuladı. 

Daha sonra tədbir iştirakçıları Azərbaycan dəmir yolunun inkişaf tarixindən bəhs edən filmə baxış keçirmişlər.

 Sessiyanın  gündəliyinə daxil edilən aşağıdakı məsələlərin mazakirəsinə başlanıldı: Koreya Respublikasının DYƏT-ə üzv olması haqqında; DYƏT-in  2015-ci ildəki fəaliyyəti haqqında; DYƏT-in  Təftiş Komissiyasının 2015-ci ildəki fəaliyyəti haqqında; DYƏT-in nəqliyyat hüququ Komissiyasının 2015-ci ildəki fəaliyyəti haqqında; Birbaşa dəmir yolu bağlantısı Konvensiya layihəsinin mətninin qəbul edilməsi üzrə Beynəlxalq Konfransa hazırlıq haqqında; BMT-nin İqtisadi Komissiyasının “Ümumavropa və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru” işi üzrə  DYƏT-in Komitə sədrinin  məlumatı; DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı haqqında; üzvlük haqlarının ödənilməsi haqqında; DYƏT Komitəsinin  2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi haqqında; DYƏT-in Təftiş komissiyasının üzvlərinin tərkibi və ardıcıllığı haqqıında; DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında. 

Nazirlər Müşavirəsinin 44-cü sessiyası  çərçıvəsində DYƏT-in 60 illik yubileyi də qeyd olunacaq.

YADDAŞ ÜÇÜN: Dəmir Yollarının Əməkdaşlığı  Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya  şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində  yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına  rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın  digər formada iştirak etməsi də mümkündür.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı  Təşkilatının  (DYƏT) üzvüdür.