17 May 2016

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması müzakirə olunmuşdur

17 may 2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası keçiriləcək.

Bakıda isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin və “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Mamuka Baxtadze üçtərəfli görüş keçirilmişdir.

Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması və rəqabətədavamlı tarif dərəcələrinin müəyyən edilməsi, Aktau-Kurık-Ələt-Aktau-Kurık marşrutu üzrə bərə ötürməsinin təşkili və dəmir yolu nəqliyyatı üçün maşınqayırma məmulatlarının istehsalı və çatdırılması üzrə əməkdaşlıq haqqında məsələləri müzakirə etmişlər.

Eyni zamanda tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılması məsələsinə baxmışlar. Həmin ərazilərdən daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilmişdir.

Danışıqlarda quru yolla yüklərin buraxılması üzrə tarif və təşkilati məsələlərin  Rusiya dəmiryolçuları ilə müzakirə olunması  da vurğulanmışdır.