17 İyun 2016

Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunmuşdur

 Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunmuşdur

Çin Xalq Respublikasının Şanxay şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləriilə bağlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Müşahidə Şurasının sədri, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov açaraq bildirmişdir ki, 3 avqust 2015-ci ildə bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin Xalq respublikaları arasında konteyner daşımalarına start verilmiş, sonra Ukrayna Respublikası da bu marşruta qoşulmuşdur.

Konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyindən danışan natiq bu tədbirin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayacağını bildirmişdir.

Sonra Dəyirmi masada Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Ekspress” nəqliyyat-logistika xidmətinin inkişaf perspektikləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi – yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının  artırılması üçün yeni imkanlar  mövzularında müzakirələr aparılmışdır.

Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik sirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər də keçirilmişdir.