13 Oktyabr 2021

Dəmiryolçular Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Dəmiryolçular Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi dəmir yolu işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.