18 İyul 2016

HAVAVLARIN İSTİ KEÇMƏSİ İLƏ ƏLAQƏDAR «AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC-nin KOLLEKTİVLƏRİ GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİBLƏR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.