21 Fevral 2020

İtaliyanın “I.M.A. Project Financing S.R.L.” şirkəti ilə müqavilə imzalanıb

İtaliyanın “I.M.A. Project Financing S.R.L.” şirkəti ilə müqavilə imzalanıb

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub.

“Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli mübadilə ediblər.