3 İyun 2016

Qaradağ stansiyasının yolları əsaslı təmir olunur (2)

 Qaradağ stansiyasının yolları əsaslı təmir olunur  (2)

2 iyun 2016-cı ildə Qaradağ stansiyasında 1400 metr uzunluğunda baş yolun əsaslı təmirinə başlanıldı.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumata görə, Təmir işləri bu gün  başa çatacaq.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ютян илин oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 110 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.