6 May 2016

Rəqabətədavamlı tariflər iyunun 1-dən tətbiq olunacaq

Bakıda keçirilənTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası öz işini yekunlaşdırıb.

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirin yekunlarına dair protokol imzalanıb.

Protokolda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda, Çin, Orta Asiya regionundan - Qara Dəniz hövzəsi, Ukrayna daha sonra Avropaya və əks istiqamətdə rəqabətədavamlı tariflərin tətbiqi nəzərdə tutulur. Həmin tariflər mayın 17-də Gürcüstanda keçiriləcək işçi qrupunun növbəti iclasında dəqiqləşdirilərək iyunun 1-dən tətbiq olunacaq.

Sənəddə həmçının Dostık/Altıngöl-Aktau-Bakı(Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarına dair bənd də öz əksini tapıb. Burada qatarların orta sürəti, uzunluğu və hərəkət cədvəlinin tətbiq olunması qeyd olunub.

Eyni zamanda işçi qrupunun üzvləri Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun 2016-cı ilə fəaliyyət planını müzakirə ediblər və Koordinasiya Komitəsinin növbəti iclasının gündəliyini təstiq ediblər.