16 May 2016

Sərgidə ən çox ziyarət olunan “ADY Express”-in pavilyonu olub

 Sərgidə ən çox ziyarət olunan “ADY Express”-in pavilyonu olub

Bakıda 15-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi işini yekunlaşdırıb. Sərgidə yerli və xarici eksponentlər dəmir yolu, dənizçilik, aviasiya, nəqliyyat-logistika və infrastuktur sahəsinə aid imkanlarını nümayiş etdirib.

Beynəlxalq tədbirdə bir çox dövlət şirkətləri ilə yanaşı nəqliyyat, logistika, yükdaşımalar sahəsində fəaliyyət göstərən “ADY Express” MMC-də öz stendi ilə təmsil olunmuşdur. “ADY Express”-in pavilyonuna maraq olduqca böyük olub. Yükdaşımalarla məşgul olan bir çox xarici və yerli şirkətlər “ADY Express”-in təklif etdiyi nəqliyyat marşrutlarına, yüklərin çatdırılma vaxtı və tariflərilə maraqlanıblar, işbirliyi təklif ediblər.

“ADY Express”-in stendi sərginin ən çox ziyarət olunan stendi olub. Bu haqda sərgi təşkilatçıları şirkətin nümayəndələrinə sertifikat da təqdim ediblər.

Sərgi eyni zamanda yenı partnyorların tapılması, və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda “ADY Express”-in təklif etdiyi tranzit marşrutlarının üstünlükləri haqda ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib. “ADY Express” kampaniyasının nümayəndələri yeni tranzit yüklərinin cəlb olunması istiqamətində yeni addımlar atıblar.

Qeyd edək ki, 15-ci yubiley “TransCaspian” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən 75 şirkəti bir arada toplamışdı. Sərgi iştirakçılarının 40 %-ni debütantlar təşkil edib.