1 Mart 2016

Türkmənistanda beştərəfli görüş keçirilmişdir

 Türkmənistanda beştərəfli görüş keçirilmişdir

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli  görüşü keçirilmişdir.

Tədbirdə  «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Görüşdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə  birgə fəaliyyət, birgə  nəqliyyat-logistika şirkətlərinin yaradılması və Tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri  müzakirə olunmuşdur.

Tədbir çərçivəsində «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla Tukmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun  vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilmişdir.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirmişlər. 

Görüşün yekununa dair müvafiq sənəd imzalanmışdır.