12 Fevral 2016

Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq

Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşmüşdür.

Ikinci qatar 11 fevral 2016-cı ildə saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq.  Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə və Türkmənistanın Türkmənbaşı limanına – təyinatı üzrə  yola salınacaq.

Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilmişdir və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdır

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilmiş,  yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilmiş, həmçinin  Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə  daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilmişdir.