16 İyul 2016

YALAN AYAQ TUTAR, YERIMƏZ...

Son vaxtlar Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun adı, heç bir əsas olmadan, Gəncə şəhərində yaşayan, Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı  Qalib Bayramovun atası Əli Bayramov tərəfindən bəzi KİV-lərdə hallandırılır.

Məlumat üçün bildiririk ki, Bayrmov Qalib Əli oğlunun Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308,1, 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 150506002 №-li cinayət işi 02 iyul 2015-ci il tarixdən istintaq olunmuş və 30 iyun 2016-cı il tarixində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər  məhkəməsinə göndərilmişdir.

İstintaq zamanı DSMF-in Kəlbəcər rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləyərkən Kəlbəcər rayon sakinləri Gülnaz Mamedovanın 200.0 manat məbləğində, Hidayət Həsənovun 3900.0 manat məbləğində, Baloğlan Musayevin 1000.0 manat məbləğində, Nəcəf Əliyevin 5700.0 manat məbləğində, Şavaqat Həsənovun 3559.37 manat məbləğində, Dadaş Yolçuyevin 5000.0 manat məbləğində, Şahbaz Mamedovun 3300.0 manat məbləğində, Süsənbər Mamedovanın 5520.0 manat məbləğində, Eldəniz Mamedovun 6000.0 manat məbləğində, Səadət Xəlilzadənin 6300.0 manat məbləğində, Qaçay İsmayılovun 5500.0 manat məbləğində, İradə Rəcəbovanın 10500.0 manat məbləğində, Ədalət Rəhimovun 3000.0 manat məbləğində, Səlminaz Qurbanovanın 650.0 manat məbləğində, Ülkər Musayevanın 5500.0 manat məbləğində, Dilqəm Ağayevin 7400.0 manat məbləğində, Vüqar Rəhimovun 3000.0 manat məbləğində, Cavanşir Məmmədovun 2600.0 manat məbləğində, Azər Rzayevin 3000.0 manat məbləğində, Rauf Nəbiyevin 2300.0 manat məbləğində, Sənəm Alışanovanın 2000.0 manat məbləğində, Rasim İskəndərovun 400.0 manat məbləğində, Hidayət Cəfərovun 3250.0 manat məbləğində, Səfurə Qasımovanın 2100.0 manat məbləğində, Eldar  Ağayevin 3000.0 manat mələğində, Kubra Xıdırovanın 3200.0 manat məbləğində, İlham Əliyevin 3500.0 manat məbləğində olmaqla, vətəndaşların ümumilikdə 101379.37 manat məbləğində pul vəsaitini ələ keçirmişdir.

14 iyun 2016-cı il tarixdə Qalib Əli oğlu Bayramova Azərbaycan Respublikası  CM-nin 178.3.2, 308.1, 311.3.1 və 311.3.2-ci madələri ilə yenidən ittiham elan edilmiş və barəsində həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qəti-imkan tədbiri seçilmişdir.

30 iyun 2016-cı il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhəməsinə göndərilmişdir. 

Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı  Qalib Bayramovun atası Əli Bayramovun bəzi KİV-lərdə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov haqqında yaydığı fikirlərin heç bir əsası yoxdur. Əli Bayramov kimiləri bilməlidirlər ki,  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana görə, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaya görə məsuliyyət müəyyən edilmişdir.

Əli Bayramov kimilərinin bu xarakterli məlumatlarını araşdırmadan yayan  Kütləvi İnformasiya Vasitələrinin məsuliyyəti daha böyükdür.  Mülki Məcəllənin 23-cü maddəsinin müvafiq bəndlərinə görə, Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Son olaraq bir daha bildiririk ki,  Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov onun haqqında böhtan yayan Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı  Qalib Bayramovun atası Əli Bayramovla heç bir qərəzi yoxdur və ümumiyyətlə bu insanı tanımır. Bir məsəldə deyildiyi kimi: Yalan ayaq tutar, yeriməz...