ADY

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin və yüklərin dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 

ADY “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.

Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. 

MİSSİYAMIZ insanları, regionları və iqtisadiyyatları birləşdirməkdir. 

ADY Azərbaycanın qlobal nəqliyyat qovşaqlarından birinə çevrilməsinə mühüm dəstək göstərir.

Cəmiyyətə, ölkə iqtisadiyyatına faydalı olmaq üçün qabaqcıl texnologiya və yeniliklərin tətbiqi ilə inkişaf edirik.

GƏLƏCƏYƏ BAXIŞIMIZ təhlükəsiz, rahat daşımalarla sərnişinlərə və biznes tərəfdaşlara yüksək xidmət göstərməkdir.

İşimizin təməlində təhlükəsizlik dayanır. Müştərilərimiz onların təhlükəsizliyini prioritet hesab etdiyimizə, onlara daha yüksək keyfiyyətli xidmət göstərdiyimizə inanır.

Fəaliyyətimizdə dürüstlüyə, innovasiyaya və xoşməramlı dəyərlərə əsaslanaraq dayanıqlı gələcək üçün ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini dəstəkləyirik.

Tarixi irsimizə sadiq qalaraq hədəflərimizi daha da genişləndirir və inkişaf edirik.

ADY – əməkdaşların iftixarla çalışdığı, öz peşəsi ilə qürur duyduğu ailədir! 

Dəyərlərimiz

Təhlükəsizlik

Təhlükəsizlik

İşimizin təməlində təhlükəsiz daşımalar dayanır

Keyfiyyət

Keyfiyyət

Bütün işlərimizdə yüksək keyfiyyətə can atırıq

Dürüstlük

Dürüstlük

Fəaliyyətimizdə dürüstlüyə önəm veririk

İnnovasiya

İnnovasiya

Nəqliyyatın inkişafı üçün innovasiyaları tətbiq edirik

Dayanıqlılıq

Dayanıqlılıq

Dayanıqlı gələcəyə və yaşıl dünyaya töhfə veririk

Xoşməramlılıq

Xoşməramlılıq

İnsan yönümlü fəaliyyətə üstünlük veririk