Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 may tarixli Fərmanına əsasən, dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılıb. Məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.
Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
ADY-nin Apellyasiya Şurası
Şuranın sədri
Vüsal Aslanov – ADY-nin sədr müavini
Şuranın üzvləri:
Nicat Quliyev – Hüquq departamentinin müdiri
Elçin Züfüqarov – İnfrastruktur departamentinin rəisi
Azər Fərəcov – Sərnişin daşımaları departamentinin rəisi
Emil Əhmədov – Yük daşımaları departamentinin rəisi
Babək Əliyev – Yük daşımaları departamentinin rəis müavini
Şamil Həmzəyev – Hüquq departamentinin Hüquqi sənədlərlə iş şöbəsinin müdiri
ADY-nin Apellyasiya Şurasının Katibliyi
Katibliyin rəhbəri
Əlövsət Allahverdiyev – Sənədlərlə iş şöbəsinin müdiri
Katibliyin üzvü
Jalə Abdullayeva – Sənədlərlə iş şöbəsinin Sənədlərin qeydiyyatı bölməsinin mütəxəssisi
Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında Fərman
Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə