1 Avqust 2024
Paylaş
Almaniyada ikinəfərlik kupe təqdim edildi
Almaniyanın əsas dəmir yolu operatoru “Deutsche Bahn” yüksək sürətli qatarlar üçün ikinəfərlik kupenin maketini təqdim edib.
Kupe Berlində keçirilən “Experience DB Mobility” sərgisində nümayiş etdirilib.
Eni 2 m, dərinliyi 70 sm olan tamölçülü kupe əsas salondan mat şüşə qapılarla ayrılıb.
Bu maketin hazırlanmasına bir ildən çox vaxt gedib.