27 May 2024
Paylaş
Cənubi Asiyada dəmiryol üzərində ilk fil keçidi
Banqladeşdə Cənubi Asiya regionunda dəmiryol üzərində ilk fil keçidi tikilib.
Dohazari–Cox Bazar dəmiryol xətti nəsli kəsilməkdə olan Asiya fillərinin də yaşadığı meşəlik ərazilərdən keçir. Fillər qida və su mənbələri üçün bu meşələrə güvənir.
Fillərin təhlükəsiz hərəkət etməsi üçün dəmir yolu idarəsi Chunati məntəqəsində yerüstü keçid tikib. Bu, Cənubi Asiya regionunda dəmir yolu üzərində ilk fil estakadası kimi mühüm mərhələdir.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu meşə zonalarında fillərin fasiləsiz hərəkəti üçün bir yerüstü keçid kifayət etməyə bilər.