Dünyada ilk uşaq dəmir yolu

Dünyada ilk uşaq dəmir yolu

Dünyada rəsmi olaraq ilk uşaq dəmir yolu Tbilisidə açılıb.

Uşaq dəmir yolunun tikintisi ideyası 1933-cü ildə Tbilisi uşaq texniki stansiyasında yaranıb. Təklif olunub ki, təhsil layihəsinə çevrilə biləcək ensiz dəmir yolu inşa olunsun.

Yolun tikintisinə 1934-cü il sentyabrın 13-də başlanılıb və bir il sonra, iyunun 24-də təntənəli açılışı olub. Dəmir yolunun ilkin uzunluğu cəmi 400 metr idi. Açılışdan sonra dəmir yolunun 1600 metrə qədər uzadılması layihəsi işlənib, lakin yeni yolun cəmi 800 metri tikilib və ümumi uzunluq 1200 m olub.

1990-cı illərin əvvəllərindən bu yol uşaq dəmir yolu kimi fəaliyyətini dayandırıb. 2010-cu ilin sonuna qədər Tbilisi Uşaq Dəmir Yolu saxlanılıb, lakin işləməyib. 2012-ci ilin yayında yolun yerləşdiyi Muştaidi (Müctəhid) parkında abadlıq işləri aparılıb, parkın yenidən qurulması ilə yanaşı, uşaq dəmir yolu xətti də işini qismən bərpa edib.