Dünyanın ən qədim ekspres qatarı

Dünyanın ən qədim ekspres qatarı

Dəmir yolu estetikası dünya ədəbiyyatında, filmlərdə və mahnılarda əvəzolunmaz yer tutur.

Qatarlar, stansiyalar və dəmir yolu bir çox əsərlərin əsas süjet xətti və ya kulminasiya nöqtəsində əks olunub. Məsələn, Aqata Kristinin “Şərq ekspres”ində qətl” adlı romanı dünyanın ən məşhur əsərlərindən biridir.

“Orient Express” 1883-cü ildə ilk dəfə səyahətə çıxıb və bu günədək fəaliyyətini davam etdirir. Ən məşhur marşrutu Parisla İstanbul arasında idi. 1914-cü ilədək “Orient Express” Parisdən İstanbula qədər məsafəni adi qatarlardan 18 saat daha tez qət edirdi.

Qatar dəfələrlə filmlərin və ədəbi əsərlərin qəhrəmanı olub. 2015-ci ilin yanvarında tam bərpa olunan “Şərq ekspresi” dünyanın ən məşhur və lüks qatarlarından biridir.