“Škoda” ilk hibrid qatarını təqdim etdi

“Škoda” ilk hibrid qatarını təqdim etdi

Çexiyanın “Škoda Group” şirkəti ilk hibrid qatarını təqdim edib.

Akkumulyatorla işləyən ikivaqonlu “15Ev3” modeli Ostrava şəhərində keçirilən “Rail Business Days” sərgisində nümayiş etdirilib.

Hazırda iki belə qatar istehsal olunub.

Hərəkət tərkibi 2022-ci ildə “Škoda Group”un birmərtəbəli qatarlarının ənənəvi platforması – “7Ev” (“RegioPanter”) əsasında yaradılıb. Maksimal sürəti 160 km-saat, akkumulyator rejimində isə 120 km-saatdır. Sərnişin tutumu 323 nəfərdir.

Qatar hər birinin gücü 340 kilovat olan dörd mühərrik və üç akkumulyator bloku ilə təchiz edilib.

Çexiyanın milli daşıyıcısı CD hazırda 19 belə qatar sifariş edib. Onlardan 4-ü dekabrda Moraviya-Sileziya bölgəsində işə salınmalıdır.