Azərbaycan beynəlxalq dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırır

Azərbaycan beynəlxalq dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırır

Beynəlxalq dəhlizlərin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/BRICS+ formatının ilk plenar iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib:

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.