İtaliyada Orta Dəhlizin imkanları müzakirə olundu
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına səfəri zamanı bu ölkənin Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə Orta Dəhlizin imkanları müzakirə olunub.
Görüşdə Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olunub.
Ciorcia Meloni iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirib, bu xüsusda ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.
İtaliya Nazirlər Şurasının sədri COP29-a dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb. İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu deyib.