Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində aparılan işlər çərçivəsində Astara stansiyasından İran İslam Respublikası ilə sərhədə qədər 8,3 km birxətli dəmir yolu çəkilib və Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub. 2018-ci il fevralın 2-də Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.
Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. I mərhələdə 10 ha, II mərhələdə 25 ha ərazidə olmaqla, ümumilikdə 35 ha ərazidə tikinti işləri nəzərdə tutulub. Astaraçay və Kəmərbəndi körpüləri arasında 5 ədəd suötürücü borunun, ikiaşırımlı Bağçasaray körpüsünün, suötürücü qanovlar və 1400 m uzunluğunda dəmir yolu tikintisi işləri tamamlanıb və hasarlanıb.
Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulub, bununla əlaqədar Baxçasaray körpüsü üzrə tikinti-quraşdırma işləri tam şəkildə başa çatdırılıb, Kəmərbəndi körpüsü üzrə 70% tikinti-quraşdırma işləri tamamlanıb. Virmuni çayın üzərindəki 5 ədəd körpünün və çayın məcrasının tikintisi üzrə fiziki tərəqqi 90% təşkil edir.
Hazırda 1-ci və 3-cü platformada tikinti quraşdırma işləri tamamlanıb, 2-ci platformada və Konteyner terminalında işlər davam etdirilir.
Tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi Konteyner platormasında 99%, 2-ci platformada 98% təşkil edir.
Əsas elektrik yarımstansiyasının binası və 2 ədəd 60 tonluq avtomobil tərəzisi binasının təməlinin tikintisi yekunlaşdırılıb və 2 ədəd tərəzi platforması quraşdırılıb. Eyni zamanda köməkçi binaların inşası 70% tamamlanıb.
Terminalın layihələndirmə işləri 90% yerinə yetirilib və tikinti-quraşdırma işlərinin 72,9%-i tamamlanıb.