Müavinlər

Arif Ağayev

Arif Ağayev

Sədrin müavini

Doğum tarixi

1980-ci il

Təhsil

Azərbaycan Dövlət İqtisad Universiteti – Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr və magistr dərəcələri
Kembric Universiteti – Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi

Karyera

2001-2023-cü illərdə “SAQA” və “ATL” şirkətlərində, həmçinin beynəlxalq məsləhətçi təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Arif Ağayev çalışdığı şirkətlərdə regional layihələr üçün maliyyə təhlilləri aparıb, sahibkarlığın inkişafı layihələrində kommersiya təhlili və biznesin inkişafı istiqamətlərində fəaliyyət göstərib. O, həmçinin portfel şirkətləri üçün strateji və maliyyə planlarının hazırlanması, portfelin monitorinqi və yeni layihələrin araşdırılmasına məsul olub.

2023-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib, sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrası proseslərinə nəzarət edib. 

2024-cü ildə  “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.