"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri
1980-ci il
1997–2001: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib və bakalavr dərəcəsinə yiyələnib.
2001–2003: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib və magistr dərəcəsinə yiyələnib.
2007: Dissertasiya işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2014: Təhsilini Biznesin Davamlılığı İnstitutunda (Business Continuity Institute) davam etdirərək "Biznesin davamlılığının idarə edilməsi" proqramını bitirib. Həmin ildən etibarən institutun həqiqi üzvüdür.
2004–2012: “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012–2014: “Azərkosmos” ASC-də korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014–2021: “Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb.
2021: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
2022: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunub.