Sədrin müavini
1958-ci il
Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft-mexanika" ixtisası üzrə bitirib.
1980–1988-ci illərdə “Azərneftquraşdırma” Trestində müxtəlif vəzifələrdə çalışıb.
1988–1990-cı illərdə “Azərneftkimyaquraşdırma” Trestinin 2 saylı Sumqayıt Quraşdırma İdarəsinin rəisi, 1990–1996-cı illərdə Bakı Quraşdırma İdarəsinin rəisi vəzifələrində işləyib.
1996–2001-ci illərdə Abşeron Regional Su Səhmdar Cəmiyyətinin “Su tikinti” birliyinin rəisi, Abşeron Regional Su Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2001–2005-ci illərdə “Su satış” müəssisəsinin direktoru vəzifələrində çalışıb.
2005–2011-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifəsində çalışıb.
2011–2015-ci illərdə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və vitse-prezidenti olub.
2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində çalışıb və 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri
Sədrin birinci müavini
Sədrin müavini