Maşın-mexanizimlər

  • Yol təmiri maşınları 

“Azərbaycan Dəmir Yolları” QSC-nin istifadə etdiyi yol təmiri maşınları arasında şpal altını döyən, düzləndirici, stabilləşdirici, ballast paylayan, ballast təmizləyən, yoldəyişənlər üzrə şpal altını döyən, ballast prizması, rels cilalayıcı, çox funksiyalı ekskavator və digər maşın-mexanizmlər mövcuddur. 

  • Drezinlər 

“Azərbaycan Dəmir Yolları” QSC-nin istifadə etdiyi drezinlər arasında yolun üst quruluşu materiallarının, avadanlıqların yüklənməsi, boşaldılması, daşınması və işçilərin iş yerinə çatdırılması, dəmir yollarının kontakt şəbəkələrində və hava xətlərində təmiri, xəndəklərin qazılması və təmizlənməsi funksiyalarını yerinə yetirən drezinlər mövcuddur. 

  • Dəmir yolu kranları 

Dəmir yolu təsərrüfatının, elektrik təchizatı, işarəvermə və rabitə qurğularının texniki xidmətini, bərpasını, təmirini, istismarını həyata keçirən struktur bölmələrinin işində müxtəlif növ maşın və mexanizmlərdən istifadə edilir. O cümlədən “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 9, 16, 25, 60, 80, 125, 250 tonluq kranlar istifadə edilir.

  • Diaqnostika avadanlıqları 

“Azərbaycan Dəmir Yolları” QSC-nin istifadə etdiyi diaqnostika avadanlıqları arasında diaqnostika kompleksləri, kontakt şəbəkəsini ölçən, yolu ölçən, vaqon-defektoskop, defektoskop arabacıqları və digər maşın-mexanizmlər mövcuddur. 

  • Traktor, buldozer, ekskavator və digər texnikalar 

Dəmir yolu təsərrüfatının, elektrik təchizatı, işarəvermə və rabitə qurğularının texniki xidmətini, bərpasını, təmirini, istismarını həyata keçirən struktur bölmələrinin işində müxtəlif növ maşın və mexanizmlərdən istifadə edilir. O cümlədən “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən traktor, buldozer, ekskavator, beton qarışdıran, avtokran, avtoçən, qar təmizləyən maşınlar da istifadə edilir.