• Yolların istismar uzunluğu 2 139,85 km
  • Nizamnamə kapitalı 906 061 960 AZN
  • Əməkdaşların sayı 15 583

Azərbaycan Dəmir Yolları

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yüklərin, sərnişinlərin, poçtun və baqajın dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Məqsədimiz

Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.

Tariximiz

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır.

Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir.

about

Gələcəyə baxışımız

Səmərəliliyin yüksəldilməsi və korporativ idarəetmənin təkmilləşdirilməsi yolu ilə xidmətlərin keyfiyyətini və təhlükəsizliyini artırmaq, dəmir yolu biznesinin davamlı inkişafını təmin etmək və beləliklə maliyyə göstəricilərini yaxşılaşdırmaq, beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı sürətləndirmək.

 

Missiyamız

Yük və sərnişinlərin daşınması sahəsində keyfiyyətli xidmətlər göstərməklə və dəmiryol infrastrukturunun səmərəli şəkildə idarə edilməsini təmin etməklə Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək olmaq.

Dəyərlər

Hörmət və diqqət

Hörmət və diqqət

Müştəri, dövlət, tərəfdaş və əməkaşlarımızla münasibətlərimizi qarşılıqlı hörmət və diqqət üzərində qururuq
Məsuliyyət

Məsuliyyət

Milli dəmir yolu daşıyıcısı kimi dövlət və cəmiyyət qarşısında məsuliyyətimizi dərk edirik və öz işimizlə onu doğrultmağa çalışırıq
Keyfiyyət və təhlükəsizlik

Keyfiyyət və təhlükəsizlik

Gördüyümüz hər bir işdə keyfiyyət və təhlükəsizlik prinsiplərini rəhbər tuturuq