22 Fevral 2017

17 fevral 2017-ci ildən etibarən saxlama kameralarında əl yüklərinin  saxlanılması tarifləri qüvvəyə minib

17 fevral 2017-ci ildən etibarən saxlama kameralarında əl yüklərinin  saxlanılması tarifləri qüvvəyə minib

“Azərbaycan Dəmir Yolları”  Qapalı  Səhmdar  Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli  Sərəncamına dəyişikliklər edilməsi və “Azərbaycan Dəmir Yolları” Qapalı  Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə”  Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli Fərmanının müvafiq yarımbəndinə  əsasən dəmir yolu daşımalarında tariflər, yığımlar Cəmiyyət tərəfindən müəyyən olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə, Sərnişin daşımaları Departamentinin təkliflərinə əsasən, 17 fevral 2017-ci ildən etibarən saxlama kameralarında əl yüklərinin  saxlanılması tarifləri aşağıdakı kimi müəyyən edilib:

 

(manatla)

 

Müddət

Bölmə

 

Qeyd

Kiçik həcmli

Orta həcmli

İri həcmli

4 saatadək

1,0

2,0

3,0

 

Əlavə hər saat üçün

0,20

0,30

0,50