19 Noyabr 2016

19 noyabr 2016-cı ildən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilir

19 noyabr 2016-cı ildən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan  stansiyalarında dayanacaq verilir

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində  bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir.

19 noyabr 2016-cı il tarixdən etibarən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan  stansiyalarında dayanacaq verilir.

Hər iki stansiyada bununla bağlı hazırlıq işləri başa çatmışdır.

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket,  cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılmışdır.

Xırdalan stansiyasiyasında isə 450 metr  uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq  tikilmişdir.

 

 

 

 

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında  gediş haqqı tarifləri

İstiqamət

Tarif (manatla)

ekonom

biznes

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

0.80

1.20

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0.30

0.80

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0.40

1.0

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0.20

0.40

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0.60

1.0

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0.40

0.80