26 Oktyabr 2015

37 №-li TBILISI-BAKI SÜRƏT QATARINA BİLET SATIŞI BAŞLANDI

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti sərnişin qatarlarında xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

 

Gürcüstandan Azərbaycana gələn  37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər.

 

Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə, yalnız Bakıdan, bilet ala bilirdilərsə, hazırda  bilet satışı hər iki istiqamətə aparılır.

Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında  Rusiya və Ukrayna dövlətlərinin ərazısındə hərəkət edən sərnişin qatarlarına və  geriyə Azərbaycana bilet satışı uğurla aparılır.