10 Oktyabr 2023

ADY-də 13 oktyabr – Dəmiryolçu Günü ilə əlaqədar qanvermə aksiyası təşkil olunub

ADY-də 13 oktyabr – Dəmiryolçu Günü ilə əlaqədar qanvermə aksiyası təşkil olunub

Azərbaycan dəmiryolçuları 13 oktyabr – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin donor qanına ehtiyacının ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş növbəti qanvermə aksiyasında iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü və Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində baş tutmuş aksiyada 200-ə yaxın dəmiryolçu könüllü iştirak edib. Cari ildə artıq ikinci dəfə keçirilən qanvermə aksiyasında ADY və törəmə şirkətlərin əməkdaşları yüksək fəallıq nümayiş etdiriblər.