1 İyun 2023

ADY-də Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə regional dəmiryol məsələləri müzakirə edilib

ADY-də Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə regional dəmiryol məsələləri müzakirə edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu gün Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.

Görüşdə ADY-də həyata keçirilən infrastruktur layihələr, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artmaqda olan potensialı barədə ətraflı məlumat verməklə yanaşı, DYƏT-lə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

DYƏT 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Ölkəmiz 1993-cü ildən Təşkilatın üzvüdür. Hazırda DYƏT-də üzv ölkələrinin sayı 30-dur.