12 Dekabr 2022

ADY kollektivi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

ADY kollektivi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib. Ümummilli liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.