12 Dekabr 2023

ADY kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

ADY kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov və ADY kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.