14 Dekabr 2023

ADY məktəbliləri maarifləndirir

ADY məktəbliləri maarifləndirir

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu xətlərindən təhlükəsiz keçid qaydalarına dair maarifləndirmə mövzusunda görüşlər keçirir.

Təhlükəsizlik ADY-nin dəyərlər sistemində ilk pillədə yer aldığından dəmir yolu xətlərinə yaxın yaşayış massivlərində və məktəblərdə maarifləndirmə işləri davam etdirilir.

Bu məqsədlə növbəti görüş Sabunçu rayonu 67 saylı tam orta məktəbdə təşkil olunub. Məktəblilər dəmir yolu xətlərində müəyyən olunmuş yer və keçidlərdən istifadə qaydalarına dair təqdimatları dinləyib, test tapşırıqları icra ediblər.

Görüşdə ADA Universitetinin tələbələri də iştirak ediblər. Onların hazırladığı kitabçalar və oyunlar, eləcə də nümayiş etdirilmiş videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

ADY 2024-cü ildə əhalinin, xüsusilə məktəblilərin maarifləndirilməsi üzrə kampaniyaların təşkilinə xüsusi önəm verəcək.