15 Noyabr 2023

ADY sədri “ITALRAIL” Konsorsiumu ilə görüşüb

ADY sədri “ITALRAIL” Konsorsiumu ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə “ITALRAIL” Konsorsiumuna daxil olan şirkətlərin dəmiryol nəqliyyatı ilə bağlı istehsal etdiyi müxtəlif xüsusi texnika, işarəvermə, rabitə, təhlükəsizlik və digər sistemlər barədə geniş təqdimat edilib. Həmçinin ölkəmizdə həyata keçirilən dəmiryol layihələrində İtaliya şirkətlərinin iştirak imkanlarına dair müzakirələr aparılıb.

Sədr R.Rüstəmov da, öz növbəsində, ADY-nin xidmətləri və gələcək hədəfləri barədə qonaqlara ətraflı məlumat verib.